Seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsi prosesi başa çatır

Seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yerlərin müəyyənləşdirilməsi prosesi başa çatır
# 09 yanvar 2020 08:00 (UTC +04:00)

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi məqsədilə müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət bu gün başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, Dairə Seçki Komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları

səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 10-dək olan dövrü əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR