Şimal bölgəsində 6 seçki dairəsi üzrə 5583 yerli müşahidəçi qeydiyyatdan keçib

Şimal bölgəsində 6 seçki dairəsi üzrə 5583 yerli müşahidəçi qeydiyyatdan keçib
# 09 fevral 2020 09:38 (UTC +04:00)

Azərbaycanın şimal bölgəsinin 5 rayonunda 6 dairə seçki komissiyasının 367 seçki məntəqəsində keçirilən seçkiləri izləmək üçün 5583 yerli və xarici müşahidəçi qeydə alınıb.

APA-nın şimal bürosunun məlumatına görə, 51 saylı Qusar seçki dairəsinin 63 məntəqəsinin 10-da veb-kamera quraşdırılıb. Bu dairə üzrə qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 979-dur.

52 saylı Quba seçki dairəsində mövcud 72 məntəqədə keçirilən seçkiləri izləmək üçün 1400 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Bu dairə üzrə 10 məntəqədə veb-kamera quraşdırılıb.

53 saylı Quba-Qusar seçki dairəsində isə 950 nəfər müşahidəçi 76 məntəqədə seçki prosesini izləyəcək. Dairə üzrə quraşdırılan 10 veb-kamera vasitəsilə istənilən yerdən müşahidə aparmaq imkanı yaradılıb.

54 saylı Şabran-Siyəzən seçki dairəsinin 10-da veb-kamera quraşdırılıb və 950 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib.

55 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyası ərazisində isə qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 584 nəfərdir. Bu dairə ərazisində 12 məntəqədə veb-kamera var.

56 saylı Xaçmaz kənd seçki dairəsində 44 məntəqə üzrə 720 müşahidəçinin qeydiyyata alındığı, 10 məntəqədə veb-kamera quraşdırıldığı bildirilib.

Ümumilikdə, şimal bölgəsi üzrə 6 millət vəkili yerinə 76 namizəd mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR