“Siyasi partiyalar haqqında” yeni qanun qəbul ediləcək

“Siyasi partiyalar haqqında” yeni qanun qəbul ediləcək
# 10 mart 2020 17:34 (UTC +04:00)

“Siyasi partiyalar haqqında” qanunun yeni variantı hazırlanır.

APA-nın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində bildirib.

S. Mirzəyev deyib ki, qanun müasir tələblərə uyğun olacaq: “Prezident İlham Əliyev də bu gün Milli Məclisdə çıxışında vurğuladı ki, pozitiv fəaliyyətdə olan bütün partiyalar ölkədə baş verən hadisələrə yaxından cəlb olunmalıdır. Bu gün parlamentdə bütün komitələrinin sədr müavinləri müxalif partiyalardan seçilib. Milli Məclisin rəhbərliyində də müxalif deputat təmsil olunur. Bütün bunlar göstərir ki, “Siyasi partiyalar haqqında qanun”a lazımi dəyişikliklər etməliyik ki, partiyalar cəmiyyətdə daha fəal rol oynasın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR