Xankəndidə 27 Sentyabr – Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Prezidentin xüsusi nümayəndəliyinin və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 27 Sentyabrın şəhidlərin əziz xatirəsinin yad edildiyi, milli birlik və qəhrəmanlıq rəmzi olan gün kimi əhəmiyyəti vurğulanıb. Qarabağda aparılan bərpa-quruculuq işləri və insanların doğma yurdlarına qayıdışından danışılıb.
Sonda Qarabağda yenidən quruculuq işlərini və qayıdış prosesini əks etdirən videoçarx nümayiş olunub.