Spiker: “Biz öz torpaqlarımızda əbədi yaşayacağıq”

Spiker: “Biz öz torpaqlarımızda əbədi yaşayacağıq”
  • Clock-gray 11:08
  • calendar-gray 01 Fevral 2021

“Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və müdrikliyi xalqımızı qələbədən qələbəyə aparır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

“Bu gün biz qürurla söyləyirik ki, Ali Baş komandanın rəhbərliyi ilə şanlı ordumuz ermənilər üzərinə qələbəyə nail olub. Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb. Prezidentin də dediyi kimi bu, müharibə dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Biz öz torpaqlarımıza qayıdırıq. Bu torpaqlarda əbədi yaşayacağıq”, - deyə spiker əlavə edib.

Firuzə Vahid

Digər xəbərlər