Şərti məhkum edilmiş 2 nəfər cəzadan azad edilib

Şərti məhkum edilmiş 2 nəfər cəzadan azad edilib
# 18 mart 2021 16:19 (UTC +04:00)

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 2 şəxs cəzadan azad ediliblər.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş aşağıdakı şəxslər cəzadan azad ediliblər:

- Əhmədov Əyyub Əlihüseyn oğlu, 1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu il 13 fevral tarixli hökmü ilə məhkum edilib.

- Məmmədov Rauf Ədalət oğlu, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 sentyabr tarixli hökmü ilə məhkum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR