TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdama səfər edib - FOTO

TÜRKSOY və TDƏŞ nümayəndələri Ağdama səfər edib - FOTO
  • Clock-gray 11:36
  • calendar-gray 17 Yanvar 2021

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyəti Ağdamın işğaldan azad olunan ərazilərinə səfər edib.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qonaqlar Ermənistanın dağıtdığı Ağdamda şəhərinin xarabalıqları ilə tanış olublar və Ağdam Cümə məscidinə gediblər. Nümayəndə heyəti Pənahəli xanın məqbərəsinə də səfər ediblər.

Nümayəndə heyəti Pənahəli xanın məqbərəsinə də səfər ediblər.

 

Nümayəndə heyətinə TDƏŞ-in baş katibi Bağdat Amreyev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyət və İrsi Fondunun prezideni Günay Əfəndiyeva, TDƏŞ baş katibinin müavini Qismət Gözəlov, XİN-in İkinci Avropa idarəsinin müavini Zamin Əliyev, TDƏŞ-in layihə direktoru Fərrux Cumayev, Bobur Tagayev, TÜRKSOY-un əməkdaşı Elçin Qafarlı, Türk Mədəniyyət və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digər şəxslər daxildir. 

Qonaqlar Ağdamdan sonra Füzuli rayonuna səfər edəcəklər.

apa-logo-mini

Digər xəbərlər