Türkiyə YSK-nın sədri: “Seçkilərin nəticələrinin Azərbaycan xalqına xeyirli olmasını arzulayıram”

Türkiyə YSK-nın sədri: “Seçkilərin nəticələrinin Azərbaycan xalqına xeyirli olmasını arzulayıram”
  • Clock-gray 13:54
  • calendar-gray 09 Fevral 2020

Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Məhərrəm Akkaya Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini izləyir.

APA-nın “İhlas” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, M. Akkaya 23 saylı Nəsimi-Səbail Seçki Dairəsi üzrə 11 saylı məntəqədə olub.

"İki nəfər YSK üzvü ilə birlikdə 2 gündür Azərbaycandayıq. Bu gün də səsvermə prosesini izləyirik. Hər hansı qanun pozuntusu qeydə almamışıq. Hər şey mükəmməl qaydada gedir. Seçkilərin nəticələrinin Azərbaycan demokratiyasına və Azərbaycan xalqına xeyirli olmasını arzulayıram”, - deyə M. Akkaya vurğulayıb.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər