VHP-nin qurultayı keçiriləcək

VHP-nin qurultayı keçiriləcək
# 10 fevral 2021 15:03 (UTC +04:00)

Fevralın 14-də Vətəndaş Həmrəyliyi Partiyasının növbəti Qurultayı keçiriləcək.

Ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı Onlayn qaydada təşkil ediləcək.

APA-nın məlumatına görə, qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsindən bildirilib ki, Qurultaya VHP-nin 76 bölgə təşkilatı və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə seçilib.

VHP VIII qurultayında VHP-nin qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə ediləcək və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılacaq.

Qeyd edək ki, VHP-nin sədri millət vəkili Sabir Rüstəmxanlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR