YAP-da 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib

YAP-da 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib
  • Clock-gray 13:08
  • calendar-gray 18 Yanvar 2020

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəz Qərargahında 20 Yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin deputatları və YAP üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilən qırğın nəticəsində 147 nəfər qətlə yetirilib, 700 nəfərədək adam yaralanıb. O qeyd edib ki, dünyanın hər bir yerində hər hansı səbəblə güc qüvvələrindən istifadə edilərək insanlara qarşı qeyri-adekvat addım atanlar cəzalandırılır. Amma 20 Yanvar hadisəsinin səbəbkarları, bu hadisənin törədənlər bu günə qədər cəzalanadırılmayıblar: “Bu hadisə sadəcə Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi. Bu cinayəti törədən o zamankı Sovet imperiyası və Sovet imperiyasının rəhbərliyində duranlar idi. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, tarixdə törədilən cinayətlərə görə cəza verilməməsi hallarına demək olar ki, rast gəlmək mümkün deyil. Yəqin ki, 20 Ynvar faciəsi yeganə haldır ki, bu faciəni və qırğını törədənlərin heç biri bu günə qədər cəzasını almayıblar. Nə bu qırğının törədilməsinə əmr verənlər, nə onu icra edənlər”.

Əli Əhmədov deyib ki, Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə bu faciənin əsl baiskarı və səbəbkarını, o zamanlar Sovet İttifaqına rəhbərlik edən Qorbaçovu ciddi şəkildə ittiham edib və bu faciəyə qiymət verilməsi tələbini irəli sürüb: “Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilən faciəni sadəcə olaraq Azərbaycan tarixinin hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlığı uğrunda mübarizənin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra Sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu. Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin də böyük rolu var. Azərbaycan xalqı 20 yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq”.

Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib ki, 20 Yanvar faciəsi ən ağır cinayətlərdən biridir. Nazir müavini deyib ki, 20 yanvar hadisələrinə siyasi qiymət verilməsi sahəsində ilk və mühüm tarixi addımları təmin edən ümummilli lider Heydər Əliyev tərəfindən 20 yanvar əlilləri, şəhid ailələri, hər tərəfli qayğı ilə əhatə olunması üçün mühüm qərarlar qəbul edilib. 20 Yanvar şəhidi fəxri adı, hər il yanvarın 20-si Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad edilib, iş günü olmayan ümumxalq hüzn günü kimi təsis olunub, Şəhidlər Xiyabanında əbədi məşəl abidəsi ucaldılıb: "20 Yanvar əlilləri şəhid ailələrinin sosial müdafiəsi istiqamətində aparılan dövlət siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

 

Tədbir çıxışlarla davam edib.

Günay Elşadqızı

Digər xəbərlər