YAP-da “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib

YAP-da “Xilaskar İlham Əliyev” adlı kitabın videokonfrans formatında təqdimatı keçirilib
# 22 fevral 2021 15:38 (UTC +04:00)

Fevralın 22-də Yeni Azərbaycan Partiyasının İcra Katibiyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabının videokonfrans formatında təqdimatı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, xalqımızın Vətən müharibəsində Qələbəsinə həsr olunan “Xilaskar İlham Əliyev” kitabının təqdimatının keçirilməsi üçün 22 fevral tarixinin seçilməsi təsadüfi deyil. Çünki ermənilərin Dağlıq Qarabağın Azərbaycandan qopardılması, torpaqlarımızın işğalı ilə bağlı fitnəkarlıqlarına qarşı xalqımızın ayağa qalxması məhz 1988-ci ilin 22 fevralından başlayır.

Mübariz Qurbanlı qeyd edib ki, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun “Xilaskar İlham Əliyev” kitabı dörd fəsildən ibarətdir və kitabda mühüm istiqamətlər var. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması uğrunda diplomatik fəaliyyəti, həyata keçirdiyi ordu quruculuğu, Vətən müharibəsində ordumuzun uğurlu hərbi əməliyyatları, əsgərlərimizin qəhrəmanlıqları, torpaqlarımızın azad olunması kimi tariximizi şərəfləndirən məqamlar burada öz mükəmməl əksini tapıb. Müəllif kitabda torpaqlarımızın azadlığı uğrunda mübarizənin salnaməsini yaradıb ki, bu da həm bu gün, həm də gələcək üçün əhəmiyyətlidir və dəyərlidir.daha sonra Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, professor Fəzail İbrahimli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, YAP Xətai rayon əşkilatının sədri, professor Hüseynbala Mirələmov və digər tədbir iştirakçıları kitabla bağlı fikirlərini söyləyib.

“Xilaskar İlham Əliyev” kitabını həm də dədə-baba yurdu işğaldan azad olunan bir qarabağlı kimi Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq hissi ilə qələmə aldığını söyləyən Bəxtiyar Sadıqov qeyd edib ki, nəşr indiki və gələcək nəsillər üçün zəfər səlnaməmizi, yeni tariximizi əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR