® Deputatlığa namizəd Məşhur Məmmədovun Masallıda seçiciləri ilə görüşləri davam edir

® Deputatlığa namizəd Məşhur Məmmədovun Masallıda seçiciləri ilə görüşləri davam edir
# 05 fevral 2020 10:18 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədi Məşhur Məmmədovun seçiciləri ilə görüşləri davam edir.

Məşhur Məmmədov rayonun İsgəndərli, Seybətin kəndlərində və Masallı şəhərində seçicilərlə növbəti görüşünü keçirib.

Deputatlığa namizəd görüşdə təmsil etdiyi hakim partiyanın seçki proqramından danışıb, özünün seçki platformasını açıqlayıb, millət vəkili kimi görəcəyi işlərdən söz açıb.

Daha sonra seçicilərin suallarını cavablandıran Məşhur Məmmədov Milli Məclisdə onları layiqincə təmsil edəcəyini bildirib.

Görüş iştirakçıları Məşhur Məmmədova inandıqlarını, onun layiqli millət vəkili olacağına əminliklərini ifadə edib, seçkidə uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR