®Rauf Arifoğlunun seçki qərargahı "10 min mənzil" proqramını bitirdi

®Rauf Arifoğlunun seçki qərargahı "10 min mənzil" proqramını bitirdi
  • Clock-gray 00:30
  • calendar-gray 02 Fevral 2020

Rauf Arifoğlunun seçki qərargahı 1 fevral tarixində möhtəşəm bir aksiyanı tamamlayıb.

Belə ki, seçki qərargahının təbliğat qrupları 35 saylı Xətai üçüncü seçki dairəsi ərazisində yerləşən 10 min mənzilə təbliğat-təşviqat vasitələri təqdim ediblər. Seçki qərargahı həm də bu texnologiya ilə 10 min mənzildə yaşayan seçicilərlə birəbir söhbət aparıb, onları namizədin seçki platforması, planları, əraziyə dair fikir və proqramı ilə tanış ediblər. Eyni zamanda, seçicilərin, onların yaşadıqları bina və məhəllələrin problemləri öyrənilib, qeydə alınıb, təbliğat qruplarındakı könüllü jurnalistlər tərəfindən 60-dan çox reportaj hazırlanıb. Bu reportajlarda qaldırılan əksər problemlərə müvafiq qurumlar tərəfindən reaksiya verilib.

Bu da seçicilərdə yüksək inam yaradıb. Qeyd etmək lazımdır ki, "10 min mənzili evimiz edək" kampaniyası qısa müddət əzində həyata keçirilib. Günə 600-800 evə baş çəkilib və nəticə möhtəşəmdi. Demək olar ki, dairənin böyük hissəsi artıq əhatə olunub. Nominal sayı 41 min olan seçicilərdən (3800 seçici qapalı dairələrdədir) real sayı 30 mindən artıq olan hissəsi aktiv şəkildə təbliğat - təşviqata cəlb olunub. 

Bundan başqa, R.Arifoğlu deputatlığa namizəd kimi gündəlik məhəllə görüşləri keçirdir. Eyni zamanda, həftəlik böyük və qapalı görüşlər də həyata keçirilib.

Bir dəfə isə Azərbaycan seçki tarixində nadir rastlanan meydan görüşü - mitinq təşkil olunub.

2 fevraldan etibarən proses yeni metodlar və yeni təşviqat materialları ilə davam etdiriləcək. Bununla bağlı foto və videoları oxuculara təqdim edirik.

apa-logo-mini

Digər xəbərlər