Dövlət Protokolu İdarəsinin rəisi İranın Naxçıvana təyin edilmiş yeni baş konsulunu qəbul edib

Dövlət Protokolu İdarəsinin rəisi İranın Naxçıvana təyin edilmiş yeni baş konsulunu qəbul edib
  • Clock-gray 17:13
  • calendar-gray 28 Avqust 2019

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının yeni təyin edilmiş baş konsulu Seyid Əhməd Hüseynini qəbul edib.

Bu barədə APA-ya XİN-dən verilən məlumatda bildirilir.

Xəbərə görə, görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.

Pərvin Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüş zamanı Azərbaycan ilə İran İslam Respublikası arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə olunub. Görüşdə, həmçinin İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə iştirak edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date