Əli Hüseynli: “Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyətində də müsbət qarşılanıb”

Əli Hüseynli: “Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyətində də müsbət qarşılanıb”
# 01 may 2020 11:18 (UTC +04:00)

“Prokurorluq orqanlarının əməkdaşlarının 70 %-ə yaxını gənclərdir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I Vitse-spiker Əli Hüseynli deyib.

O, bir neçə il öncə ölkə başçısının Korrupsiya ilə Mübarizə İdarəsinin inzibati binasının açılışında Azərbaycanın korrupsiyaya qarşı mübarizədə də ön planda olacağını dedyini xatırladıb: “Kamran Əliyevin bu vəzifəyə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyətində də müsbət qarşılanıb. O, xaricdə təhsilini başa vurduqdan sonra vətənə qayıdıb və vətənə xidmət edib. Korrupsiya cinayətlərinə qarşı qətiyyətli mübarizəni təqdir edir. Bu illər ərzində Baş Prokurorluq və Milli Məclis, millət vəkilləri arasında əməkdaşlıq mövcud olub və ümid edirəm ki, bundan sonra da bu davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR