Əli Hüseynli: “Qələbənin 75 illiyi medalının təsis edilməsi müstəqil dövlətçilik düşüncəmizin tərkib hissəsidir”

Əli Hüseynli: “Qələbənin 75 illiyi medalının təsis edilməsi müstəqil dövlətçilik düşüncəmizin tərkib hissəsidir”
# 30 mart 2020 13:47 (UTC +04:00)

“Bu medalın təsis olunması bizim müstəqil dövlətçilik düşüncəmizin tərkib hissəsidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I Vitse-spiker Əli Hüseynli "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə. Hüseynli bildirib ki, MDB İcraiyyə komitəsində də Böyük Vətən Müharibəsinin yubiley medalı təsis edilib: “Bu medalın bu gün bizdə də təsis edilməsi müstəqil Azərbaycan dövlətinin iradəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR