Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib

Əli Əsədov Türkiyənin Vitse-prezidentini təbrik edib
# 22 avqust 2020 13:06 (UTC +04:00)

Avqustun 21-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya ölkəsinin Qara dənizdə nəhəng təbii qaz yatağını kəşf etməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Nazir bu tarixi nailiyyətin Türkiyənin iqtisadiyyatının səmərəliliyinin və dayanıqlığının təmin edilməsinə, qardaş Türkiyə xalqının rifahının daha da yüksəlməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin hər iki xalqın tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan iradəsindən qaynaqlandığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR