Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə dəyşiklik edilib

Milli Məclisin bu gün keçirilən iclasında gündəliyə dəyşiklik edilib
# 09 iyul 2019 12:09 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında gündəliyə dəyşiklik edilib.

APA-nın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulan "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda və “Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanunun layihəsi və “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanununun layihə gündəlikdən çıxarılıb və parlamentin iyulun 12-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

O. Əsədov "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsidə gündəlikdən çıxarıldığını söyləyib. Spiker qeyd edib ki, "Bank olmayan kredit təşkilatları haqqında" qanuna bir sıra dəyişikliklər nəzərdə tutulduğu üçün gündəlikdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR