Milli Məclisin  növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclası başlayıb

Milli Məclisin  növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclası başlayıb
# 27 iyun 2019 12:01 (UTC +04:00)

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclası başlayıb.

APA-nn xəbərinə görə, iclasa sədrliyi Milli Məclisin spikeri Oqtay Əsədov edir.

Milli Məclisin iyunun 27-də və 28-də keçiriləcək növbədənkənar plenar iclaslarının gündəliyinə 49 məsələ daxildir.

Bunlar “2018-ci il Dövlət büdcəsinin icrası haqqında”, "Dövlət rüsumu haqqında", "Kredit ittifaqları haqqında", "Məhkəmələr və hakimlər haqqında" , “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, "Yol hərəkəti haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Arıçılıq haqqında", “Aqrar sığorta haqqında” qanun layihələri , Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə və s. qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihələrinə dəyişiklik birinci oxunuşda müzakirə olunacaq.

Qeyd edək ki, Milli Məclisin xüsusi sessiyanın növbəti plenar iclaslarının iyulun 9-u və 12-də keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR