Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclası başlayıb
# 09 iyul 2019 12:00 (UTC +04:00)

Milli Məclisin növbədənkənar xüsusi sessiyasının növbəti plenar iclası başlayıb.

APA-nın xəbərinə görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 35 məsələ daxildir.

Bunlar “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir.

Xatırladaq ki, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının plenar iclasları iyunun 13-ü, 14-ü və 27-də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR