Oqtay Əsədov: "Bəziləri şou yaratmağa çalışır”

Oqtay Əsədov: "Bəziləri şou yaratmağa çalışır”
# 09 iyul 2019 13:08 (UTC +04:00)

“Çox təəssüf ki, Milli Məclisin iclasından sonra mediada yazırlar ki, Milli Məclis deputatlara imkan yaratmadı, çıxışlar olmadı”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclasında spiker Oqtay Əsədov bildirib.

O. Əsədov deyib ki, hər dəfə iclaslardan qanun layihələri ikinci, üçüncü oxunuşda müzakirəyə çıxarılır: “Hamının gözünün qabağında, hər kəsə imkan yarada-yarada iclasımızı keçiririk. Media nümayəndələri Milli Məclisin prosedur qaydalarını bilirlər, bəziləri isə bundan şou yaratmağa çalışırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR