Prezident İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

 Prezident İlham Əliyev İsveçrə Prezidentini təbrik edib
  • Clock-gray 16:36
  • calendar-gray 31 İyul 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerə təbrik göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim sülh və firavanlıq arzulayıram".

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date