Prezident: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"

Prezident: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"
  • Clock-gray 16:16
  • calendar-gray 18 Noyabr 2019

“Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən deyib.

Onun sözlərinə görə, Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf edib, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılıb: “Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var. Bu gün Naxçıvan ordusu ən müasir silahlarla təchiz edilib, texnikanın alınması təşkil olunub və bu proses davam etdirilir”.

Kəmalə Quliyeva

Digər xəbərlər

Arxiv

date