Rövşən Rzayev: "Azərbaycanda və dünyada qaçqınlara dəstək var, amma bu, kifayət deyil"

Rövşən Rzayev: "Azərbaycanda və dünyada qaçqınlara dəstək var, amma bu, kifayət deyil"
# 20 iyun 2019 16:20 (UTC +04:00)

"Azərbaycanda və dünyada qaçqınlara dəstək var, amma bu, kifayət deyil. Çünki onlar bütün keçmişlərini itiriblər və gələcəkləri şübhə altındadır".

APA xəbər verir ki, bunu 20 iyun Beynəlxalq Qaçqın Gününə həsr olunan tədbirdə çıxışı zamanı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, Azərbaycanda münaqişə siyasi həllini tapmasa da, məcburi köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır:

"Bunun üçün bütün imkanlardan istifadə olunur. Azərbaycanda bu günə qədər 300 mindən çox məcburi köçkün evlə təmin olunub, mənzil şəraiti yaxşılaşdırılıb".

Komitə sədri BMT-nin bütün qurumlarına müraciət edərək, təşkilatın 4 qətnaməsinin mexanizmini araşdırmağa çağırıb:

"İşğalçı Ermənistan öz işğal siyasətindən əl çəkməlidir. Biz işğalçılara və onlara dəstək verənlərə səslənməliyik. Çünki hər bir insanın layiqli həyat yaşamaq hüququ var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR