Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Səbail rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
# 15 iyun 2019 15:35 (UTC +04:00)

İyunun 15-də Səbail rayonu, Badamdar qəsəbəsi, Heydər Əliyev parkında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Səbail Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər. Tədbir iştirakçıları Heydər Əliyev parkında Ulu öndərin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad edib.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov bildirib ki, 1990-cı ilin əvvəlində Azərbaycanın bir dövlət kimi tarixdən silinməsi təhlükəsi yaranmışdı: “O zaman hakimiyyətə gələn səriştəsiz, təcrübəsiz insanlar ölkəni uçuruma aparırdılar. Ölkəmiz tənəzzülə, uçuruma doğru gedirdi. Heç bir müəssisə işləmir, iş yerləri yox idi. Ölkəmiz parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Azərbaycan xalqı bütün bunları gördüyü üçün haqlı olaraq Ulu Öndərin hakimiyyətə qayıdışını tələb etdi və Ümummilli Lider bütün çətinliklərə baxmayaraq, ölkəmizi bəlalardan qurtardı. Yalnız bundan sonra müstəqil Azərbaycanın dövlətçilik tarixi başladı. Ulu Öndər qısa zamanda ölkəmizi çətinliklərdən çıxara bildi”.

Vüqar Zeynalov çıxışında Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bu gün onun ideyalarına sadiq olan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini, Azərbaycanın bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirən, çox böyük nüfuza malik ölkə olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR