"Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi" kitabı çap olunub

"Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi" kitabı çap olunub
# 16 oktyabr 2019 16:07 (UTC +04:00)

Türk Şurası Katibliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Türk Şurasının 10 illiyi ilə münasibəti ilə “Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illiyi” adlı birgə kitab buraxıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən APA-ya verilən məlumata görə, məhdud sayda və ingilis dilində buraxılmış kitabda Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Azərbaycan Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Soronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orbanın məqalələri yer alıb. Həmçinin kitabda Türk Şurasının baş katibi Bağdad Amrayev, Türk Şurasının digər institutlarının və üzv ölkələrin beyin mərkəzlərinin rəhbərlərinin, o cümlədən BMTM-nin sədri Fərid Şəfiyevin məqaləsi dərc olunub.

Kitab Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Xarici İşlər nazirlərinin görüşü və Türk Şurasının VII sammiti çərçivəsində üzv ölkə başçılarına və hökumət nümayəndələrinə, Xarici İşlər nazirlərinə təqdim olunub.

Kitabın redaktorları Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev və BMTM-nin şöbə müdiri Cavid Vəliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR