Hərbi vətənpərvərliyə görə medal təsis olunur

Hərbi vətənpərvərliyə görə medal təsis olunur
# 12 fevral 2018 07:14 (UTC +04:00)

Milli Məclisə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis olunması ilə bağlı layihə daxil olub.

APA-nın məlumatına görə, layihəyə əsasən medal ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində, vətənpərvərlik təbliğatında göstərdiyi xidmətə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif olunacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR