Bakıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var

Bakıda avtomobil dirəyə çırpılıb, xəsarət alanlar var
# 10 iyun 2018 23:11 (UTC +04:00)

Bakıda yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda “Opel” markalı minik avtomobili dirəyə çırpılıb.

Qəza zamanı minik avtomobilində olan 2 nəfər (sürücü və sərnişin) xəsarət alıb və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıblar. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralıları müvafiq qaydada minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR