Deputat İsmayıllıda seçiciləri qəbul edib

Deputat İsmayıllıda seçiciləri qəbul edib
  • Clock-gray 15:30
  • calendar-gray 01 İyun 2018

İyunun 1-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonuna növbəti dəfə səfər edib.

 

Millət vəkili rayonun Tircan və Bizlan kəndlərində seçicilərini qəbul edib, onların problemləri ilə maraqlanıb.

 

Sakinlər müxtəlif mövzularda müraciətlər ediblər.

 

Sosial yönümlü məsələlərlə yanaş,ı kəndlərin yol, içməli su və təbii qaz məsələləri deputatın diqqətinə çatdırılıb.

 

Deputat problemlərin həlli üçün müvafiq qurumlara müraciətin ediləcəyini bildirib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date