İlham Əliyev: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”

İlham Əliyev: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”
  • Clock-gray 11:49
  • calendar-gray 18 Aprel 2018

“Mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqıma dərin təşəkkürümü bildirmək istəyirəm”.

 

APA-nın məlumatına görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

 

Dövlət başçısı bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.

 

Prezident İlham Əliyev bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçki günü yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha göstərir ki, seçkilər xalqımızın iradəsini, fikirlərini əks etdirir. Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim”.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date