Prezidentliyə namizədliyi təsdiqlənmiş 7 nəfərin seçki sənədləri MSK-ya təqdim edilib

Prezidentliyə namizədliyi təsdiqlənmiş 7 nəfərin seçki sənədləri MSK-ya təqdim edilib
# 06 mart 2018 13:58 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilən imza vərəqələrinin və digər seçki sənədlərinin yoxlanması prosesi davam edir.

APA-nın məlumatına görə, bu gün KİV təmsilçilərinə imza vərəqələrinin və digər seçki sənədlərinin yoxlanılması prosesini müşahidə ediblər.

MSK üzvü, İşçi Qrupunun sədri Etibar Quliyev bildirib ki, bundan öncəki seçkilərdə olduğu kimi, bu seçkilərdə də maraqlı tərəflərin imza vərəqələrinin və digər seçki sənədlərinin yoxlanması prosesini müşahidə etməsinə şərait yaradılıb. E. Quliyev deyib ki, əvvəlki seçkilərdə olduğu kimi bu seçkilərdə də səlahiyyətli nümayəndələr, siyasi partiyaların təmsilçiləri, beynəlxalq təşkilatların və KİV nümayəndələri, istənilən maraqlı şəxs prosesi müşahidə edə bilər.

E. Quliyev indiyə qədər MSK-ya prezidentliyə namizədliyi təsdiqlənmiş 7 nəfərin imza vərəqələri və digər seçki sənədlərinin təqdim olunduğunu da nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR