Prezident: “Demokratik inkişafla bağlı siyasətimiz milli maraqlarımızı təmin edir”

Prezident: “Demokratik inkişafla bağlı siyasətimiz milli maraqlarımızı təmin edir”
  • Clock-gray 11:56
  • calendar-gray 18 Aprel 2018

“Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub”.

 

APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində deyib.

 

“Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”.
 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date