İlham Əliyev: “Əminəm ki, seçkilər ədalətli və şəffaf olacaq, Azərbaycan xalqının iradəsini əks etdirəcək” - YENİLƏNİB

İlham Əliyev: “Əminəm ki, seçkilər ədalətli və şəffaf olacaq, Azərbaycan xalqının iradəsini əks etdirəcək” - <span style="color: red;">YENİLƏNİB
# 30 mart 2018 09:19 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edib.

APA-nın məlumatına görə, söhbət zamanı Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.

*** 09.55

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Korin Yonkeri qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR