Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 13-ə çatıb

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 13-ə çatıb
# 19 fevral 2018 13:32 (UTC +04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunmasına baxılıb.

APA-nın məlumatına görə, iclasda R. Bəkirovun prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Bununla da, Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 13 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR