Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib

Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib
# 21 aprel 2018 15:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib.

APA-Economics”in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla bu vəzifəyə Samir Rafiq oğlu Nuriyev təyin edilib.

Qeyd edək ki, S.Nuriyev bu təyinatadək Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu ilin fevralın 18-də vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR