Siyavuş Novruzov: "Bu il seçki ilidir, belə təxribatlar çox olacaq"

Siyavuş Novruzov: "Bu il seçki ilidir, belə təxribatlar çox olacaq"
  • Clock-gray 09:47
  • calendar-gray 26 Yanvar 2018

"Bəzi beynəlxalq təşkilatlar mətbuat azadlığına görə Əfqanıstanı belə Azərbaycandan qabaqda göstərir. Bu, çox primitiv bir yanaşmadır".

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov deyib.

 

S. Novruzov bildirib ki, bəzi dövlətlərin təbii sərvətlərini talamaq üçün hansısa müxalif qüvvələr formalaşdırılır, ölkələri fəlakətlə üz-üzə qoyulur: "Bu gün Yaxın Şərq ölkələrində baş verənlər bunun nəticəsidir. Yaxud ABŞ Dövlət Departamenti Azərbaycanı qeyri-stabil ölkələr sırasında göstərir. Azərbaycana turistlərin gəlməsinə mane olmaq istəyirlər. Azərbaycan necə qeyri-stabil ölkədir ki, ABŞ və Rusiya Baş qərargahlarının rəisləri məhz Bakıda görüşür?

 

Bu il seçki ilidir, belə təxribatlar çox olacaq.

 

Azərbaycan xalqı müdrik xalqdır, seçkidə öz seçimini edəcək, kənar müdaxilələrə yol verilməyəcək. Mətbuatın dəstəyi də bu sahədə önəmlidir".

Ramiz Mikayıloğlu

Digər xəbərlər

Arxiv

date