YAP təbliğat-təşviqat kampaniyasına başlayıb

YAP təbliğat-təşviqat kampaniyasına başlayıb
  • Clock-gray 14:39
  • calendar-gray 19 Mart 2018

Yeni Azərbaycan Partiyası bu gündən etibarən prezident seçkiləri ilə əlaqədar partiyanın prezidentliyə namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına başlayıb.

 

YAP-dan APA-ya verilən məlumata görə, Gəncə şəhər 37, 38, 39 və 40 saylı seçki dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təşviqat materiallarının yerləşdirilməsinə start verilib.

 

YAP Mərkəzi Seçki Qərargahın Gəncə şəhər şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər keçiriləcək.

 

Partiyanın Ucar rayon təşkilatı da qanunvericiliyin tələblərinə uyğun olaraq təbliğat üçün ayrılmış müvafiq yerlərdə üzərində “İlhamla İrəli” şüarı yazılmış plakatlar asıb. Prosesə YAP Ucar rayon təşkilatının gənc fəalları və könüllüləri qoşulub.

 

Partiyanın Salyan rayon təşkilatının Seçki Qərargahı da 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqatı ilə bağlı Seçki Dairələri üzrə seçki məntəqələrinin ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində təbliğat-təşviqat materiallarını asmağa başlayıb. Seçki Qərargahının tədbirlər planına uyğun olaraq kampaniya dövründə Seçki Məcəlləsinə uyğun nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə çoxsaylı görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov bildirib ki, salyanlılar bu seçkilərdə də xalqın alternativsiz seçimi, YAP-ın namizədi İlham Əliyevə böyük etimad göstərəcəklər. Partiyanın digər yerli təşkilatlarında da proses Seçki Məcəlləsinə uyğun olaraq davam etdirilir.

Mübariz Aslanov

Digər xəbərlər

Arxiv

date