Avropa Azərbaycanlı Tələbələr Forumu Brüsseldə rəsmi qeydiyyatdan keçib

Avropa Azərbaycanlı Tələbələr Forumu Brüsseldə rəsmi qeydiyyatdan keçib
# 13 mart 2007 13:13 (UTC +04:00)
Avropa Azərbaycanlı Tələbələr Forumu Brüsseldə rəsmi qeydiyyatdan keçib. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Avropa Azərbaycanlı Tələbələr Forumu (FASE) Belçika hökuməti tərəfindən dövlət qeydiyyatına alınıb. Bununla da FASE Avropada qeydiyyatdan keçən ilk qitə miqyaslı gənclər təşkilatı olub. Təşkilatın daimi orqanı olan katiblik Avropa Parlamenti və digər Avropa İttifaqı qurumlarının fəaliyyət göstərdiyi Brüssel şəhərində yerləşəcək. Bu barədə məlumatı FASE-nin katibi, Almaniyada təhsil alan soydaşımız Vüsal Məmmədov verib. FASE-nin əsas məqsədi Avropadakı azərbaycanlı gəncliyi birləşdirən vahid lobbiçilik mərkəzinin yaradılması və ondan Azərbaycan dövlətinin maraqları üçün fəal surətdə istifadə olunmasından ibarətdir. Qeyd edək ki, FASE-nin təsis toplantısı qitənin müxtəlif ölkələrindən gələn azərbaycanlı tələbələrin iştirakı və Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyinin dəstəyi ilə ötən ilin may ayında Avropa Parlamentində baş tutmuşdu. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR