“İsrail-Azərbaycan” Assosiasiyasının qurultayının vaxtı dəyişdirilib

“İsrail-Azərbaycan” Assosiasiyasının qurultayının vaxtı dəyişdirilib
# 14 mart 2007 16:00 (UTC +04:00)
İsraildə əslən Azərbaycandan olanları birləşdirən “İsrail-Azərbaycan” Assosiasiyasının qurultayının vaxtı dəyişdirilib. Bu barədə APA-ya məlumat verən Assosiasiyanın rəhbəri, Knessetin deputatı İosif Şaqal bildirib ki, qurultayın martın 29-da keçirilməsi nəzərdə tutulsa da, Azərbaycanın Xaricdə Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətini hələlik müəyyənləşdirmədiyindən ali tədbir aprelin 12-nə təyin olunub. Deputat qurultayın Tel-Əvivdə keçiriləcəyini də deyib. Azərbaycan nümayəndə heyəti olmadan qurultayı keçirmək istəmədiklərini deyən İ. Şaqal ümid edir ki, aprelin 12-dək nümayəndə heyəti müəyyənləşəcək. Qurultayda 300 nümayəndə və 100-dək qonağın iştirakı gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR