Yerusəlimdə İsraildəki Azərbaycan icmasının birləşdirici qurultayına nümayəndələrin seçilməsi məqsədilə toplantı keçirilib

Yerusəlimdə İsraildəki Azərbaycan icmasının birləşdirici qurultayına nümayəndələrin seçilməsi məqsədilə toplantı keçirilib
# 19 mart 2007 08:13 (UTC +04:00)
APA-nın İsrail bürosunun xəbərinə görə, toplantıda aprelin 12-də Tel-Əvivdə keçiriləcək birləşdirici qurultayda İsrail-Azərbaycan Dostluq və Əməkdaşlıq Assosiasiyasının təsis edilməsi məsələsi müzakirə olunub. Knessetin deputatı, sabiq bakılı İosif Şaqal bildirib ki, assosiasiyanın yaradılması İsraildə güclü Azərbaycan diasporasının formalaşması istiqamətində ilk addım olacaq.
Qeyd edək ki, hazırda İsraildə Azərbaycandan köçmüş 100 minə yaxın insan yaşayır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR