ABŞ-da erməni yalanlarına qarşı kütləvi aksiyalar keçiriləcək

ABŞ-da erməni yalanlarına qarşı kütləvi aksiyalar keçiriləcək
# 19 mart 2007 12:58 (UTC +04:00)
ABŞ-dakı Türkiyə və Azərbaycan icmaları aprel ayında qondarma ”erməni soyqırımı”na dair iddialara etiraz əlaməti olaraq Vaşinqtonda və Nyu-Yorkda ketləvi aksiyalar keçirmək üçün rəsmi orqanlardan icazə alıblar. APA-nın xəbərinə görə, hər il keçirilən ənənəvi Türk Festivalı bu il aprelin 21-də Nyu-Yorkun Tayms Meydanında təşkil olunacaq mitinqlə başlayacaq. Aprelin 22-də isə Vaşinqtonda kütləvi aksiya keçiriləcək. Aksiya iştirakçılarına üzərində ”Ermənistan, yalan danımaqdan əl çək!” sözləri yazılmış köynəklər paylanacaq. Tədbirin təşkilatçılarından olan ”Young Turks” təşkilatının sədri Əbdürrəhman Bəzirganın sözlərinə görə, Nyu-York və ətraf regionlardan Vaşinqtona xüsusi pulsuz avtobus səfərlərinin təşkil edilməsi nəzərdə tutulub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR