AZƏR-ÇEX Cəmiyyəti Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir keçirəcək

AZƏR-ÇEX Cəmiyyəti Azərbaycanlıların Soyqırımı günü ilə bağlı tədbir keçirəcək
# 30 mart 2007 08:26 (UTC +04:00)
AZƏR-ÇEX Cəmiyyəti 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bəyanat yayıb. Cəmiyyətin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, fevralın 26-dan etibarən Lidiçe Muzeyində Xocalı faciəsi ilə bağlı fotosərgi təşkil olunub. Sərgi aprelin 30-na kimi davam edəcək. Qeyd edək ki, Lidiçe qəsəbəsi İkinci Dünya müharibəsi zamanı alman faşistləri tərəfindən yer üzündən silinib, əhalisi qətlə yetirilib. Xocalı və Lidiçe faciələrinin digər oxşarlığı ondan ibarətdir ki, Lidiçedə 82, Xocalıda 83 uşaq qətlə yetirilib. Məhz buna görə 31 mart soyqırımı münasibətilə cəmiyyətin planlaşdırdığı tədbir də Lidiçe xatirə kompleksində keçiriləcək: “Bədnam qonşularımız tərəfindən XX əsrin əvvəlində və sonunda xalqımıza qarşı yönəlmiş mənfur siyasətin dayandırılması üçün dünya ictimaiyyətini səfərbər olmağa çağırır, cinayətkarların ifşa olunaraq cəzalandırılmasını tələb edirik. Əsas məqsədimiz odur ki, iki xalqın taleyindəki oxşarlıqları tapmaqla biz daha asanlıqla xaricilərə öz faciələrimizi, problemlərimizi çatdıra bilək”. Tədbirdə soyqırım haqda sənədli film göstəriləcək, Çexiya ictimaiyyətinə və Lidiçe faciəsi şahidlərinə bilgilər veriləcək, CD və broşüralar paylanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR