Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib

Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib
  • Clock-gray 12:20
  • calendar-gray 13 Aprel 2020

Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib.

APA xəbər verir ki, Yəhya Taşdələn 1929-cu ildə Türkiyənin Kars vilayətində anadan olub. Ali təhsilini Ankara universitetində alan Y. Taşdələn Kənd Təsərrüfatı Nazirliyində İcra Aparatının rəhbəri vəzifəsinədək yüksəlib.

1952-55-ci illərdə - Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni Ankarada olduğu müddətdə onunla birgə fəaliyyət göstəriblər. 

Rəsulzadəni həyatda görən sonuncu adam idi.

Ona Gəncə Aqrar Universitetinin fəxri professoru adı və Azərbaycan vətəndaşlığı verilib.

Allah rəhmət eləsin!

 

apa-logo-mini

Digər xəbərlər