İsveçdə yaşayan azərbaycanlı koronavirusdan vəfat edib - FOTO

İsveçdə yaşayan azərbaycanlı koronavirusdan vəfat edib - FOTO
  • Clock-gray 18:15
  • calendar-gray 16 May 2020

"İsveçdə yaşayan azərbaycanlı Hüseynov Məhərrəm Ağamirzə oğlu yeni növ koronavirusdan (COVID-19) vəfat edib".

Bunu APA-ya açıqlamasında İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətinin sədri Nadir Hollenbrand deyib.

O qeyd edib ki, Neftçalada anadan olan, 1959-cu il təvəllüdlü M. Hüseynov 15 ildir İsveçdə yaşayıb və bu ölkənin vətəndaşı olub: "Məhərrəm Hüseynov İsveçdə tikinti biznesi ilə məşğul idi. Bir ay idi xəstəxanada koronavirusdan müalicə olunurdu. Ailəsi onun Azərbaycanda dəfn olunmağını istəyir. Bu səbəbdən həftənin bazar ertəsi ailəsi İsveçdəki Azərbaycan səfirliyinə müraciət edəcək”.

Günay Elşadqızı

Digər xəbərlər