Minneapolis şəhərində "Xocalıya ədalət!" yazılmış lövhə quraşdırılıb

Minneapolis şəhərində "Xocalıya ədalət!" yazılmış lövhə quraşdırılıb
# 25 fevral 2021 12:10 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Minnesota-Azərbaycan Cəmiyyətinin rəhbəri Günel Rallisin təşkilatçılığı ilə Minnesota ştatının Minneapolis şəhərində "Xocalıya ədalət!" tələbinin yazıldığı lövhə yerləşdirilib.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Xəbərə görə, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində şəhərin mərkəzi avtomobil magistralında yerləşdirilən lövhədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalının dinc əhalisinə qarşı törədilən soyqırımı barədə şəkillər və məlumatlar əks olunub. Məlumatlarda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakininin qətlə yetirildiyinə diqqət cəlb edilib.

Əlavə məlumat almaq istəyənlər üçün http://www.justiceforkhojaly.com/ saytına müraciət etmək tövsiyə olunub.

Lövhənin bir ay müddətində nümayiş olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR