Stokholm və Yöteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib

Stokholm və Yöteborqda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib
  • Clock-gray 19:08
  • calendar-gray 02 Noyabr 2020

İsveçin Stokholm və Yöteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Yöteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib. Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etməkdir.

Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar.

Əsmər Qabil

Digər xəbərlər