Amerika azərbaycanlıları ABŞ rəhbərliyinə çağırış edib

Amerika azərbaycanlıları ABŞ rəhbərliyinə çağırış edib
# 14 sentyabr 2022 18:52 (UTC +04:00)

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının etirazına səbəb olub.

APA xəbər verir k, ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Koordinasiya Şurası (AAKŞ) 12 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar yerli və beynəlxalq ictimaiyyətə müraciət edib.

AAKŞ İdarə Heyəti üzvlərinin yaydığı bəyanatda hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib.

Azərbaycan diaspor təşkilatlarının hadisə ilə bağlı sentyabrın 13-də yaydığı birgə bəyanat isə Şimali Karolinada fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal tərəfindən Ağ Evə, dövlət katibi Entoni Blinkenə, dövlət katibinin müavininin köməkçisi Erika Olsona, senatorlar Riçard Börə və Tom Tillisə göndərilib.

Azərbaycan icmasının üzvləri iki ölkə arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyini bildirib və beynəlxalq birlikdən Ermənistanın təcavüzkar siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsini xahiş edib.

Məktub kampaniyasına BURADAN qoşulmaq mümkündür.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR