Kaliforniyada Azərbaycana həsr olunmuş şahmat turniri keçirilib - FOTO

Kaliforniyada Azərbaycana həsr olunmuş şahmat turniri

© APA | Kaliforniyada Azərbaycana həsr olunmuş şahmat turniri

# 02 iyun 2022 10:33 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə mayın 28-də Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş növbəti şahmat turniri keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, La Xoya-Riford Kitabxanasında keçirilən “4-cü San Dieqo - Azərbaycan Gənclərarası Şahmat Turniri”ndə 8-18 yaş arasında olan 30 gənc amerikalı şahmatçı mübarizə aparıb.

İlk 3 yeri tutan şahmatçılara Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, o cümlədən bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvenirlər və nəşrlər təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü, ölkəmizdə şahmat idmanının inkişafı və məşhur azərbaycanlı şahmatçılar barədə məlumat verilib və kitabçalar paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR