Meksikada "Ölülər Günü"ndə şəhidlərimiz anılıb

Meksikada "Ölülər Günü"ndə şəhidlərimiz anılıb
# 25 oktyabr 2022 09:14 (UTC +04:00)

Meksikanın ən əlamətdar milli günlərindən sayılan və vəfat etmiş insanları yad etmək üçün qeyd edilən Ölülər Günü münasibətilə Mexiko Şəhər hökumətinin təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Mexiko şəhərində yerləşən “La Ermita” Mədəniyyət Mərkəzində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş guşə yaradılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən xəbərə görə, guşə iki gün ərzində şəhər sakinləri tərəfindən böyük maraqla ziyarət edilib.

“Şəhid qəhrəmanlarımızın şəkillərinin yer aldığı xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib, Ölülər Günü ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub.

Tədbirin açılışında ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov da iştirak edib, iştirakçılara Azərbaycanın uzun illər boyu üzləşdiyi erməni təcavüzündən və Vətən müharibəsi dövründə qəhrəmanlarımızın şücaəti barədə məlumat verib”, - məlumatda deyilir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR