Türk Akademiyasının vitse-prezidenti Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilib

Türk Akademiyasının vitse-prezidenti Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilib
# 29 mart 2022 12:56 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif edilib.

APA xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mükafatı Qazaxıstan xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev təqdim edib.

“Dostluq” ordeni Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafına verdiyi töhfəyə, fəal ictimai fəaliyyətinə, habelə xalqlar arasında sülhün, dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə verilir.

Qeyd edək ki, Beynəlxalq Türk Akademiyasının yaradılması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatının) 2009-cu il Naxçıvan Sammitində qərarlaşdırılıb və 2010-cu il mayın 25-də Qazaxıstanda fəaliyyətə başlayıb. Akademiyaya üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir. Macarıstan müşahidəçi statusuna malikdir. Beynəlxalq təşkilatın baş qərargahı Nur-Sultan şəhərində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR